Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının təsis etdiyi Tədris və Təlim mərkəzinin əsas məqsədi üzv olan tibb müəssisələrində keyfiyyətli tibbi xidmətin təşkilinin və nəzarətinin həyata keçirilməsi prosesində iştirak edən struktur vahidlərindəki bütün kadrların peşəkarlıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.
Tədris və Təlim Mərkəzinin həyata keçirdiyi və yalnız üzv olan Tibb Müəssisələrinin heyəti üçün nəzərdə tutulan proqramlar aşağıdakı istiqamətləri əhatə edir:
Tibb müəssisəsinin idarə olunması
Tibbi xidmət keyfiyyətinin idarə olunması
Xəstəxana Heyətinin idarə olunması
Mərkəzin fəaliyyəti, görüşləri və həyata keçirdiyi tədbirlər haqqında daha ətraflı məlumatlarla üzvlər üçün bölmədə tanış ola bilərsiniz