Haqqımızda

Azərbaycan Tibb Müəssisələri Assosiasiyası (ATMA)  Azərbaycan Respublikasında  fəaliyyət göstərən özəl və dövlət  tibb müəssisələrini könüllülük əsasında birləşdirən müstəqil, ictimai birlikdir.

Assosiasiya qeyri-siyasi, qeyri-dini, qeyri-kommersiya  təşkilatı olub öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, İctimai Birliklər və Fondlar haqqında qanun, beynəlxalq hüquq normaları və öz Nizamnaməsi əsasında qurur. 

Assosiasiya üzv olan tibb müəssisələrini təmsil edir və Azərbaycan əhalisinin sağlamlığı naminə birlikdə çalışmasında üzvləri dəstəkləyir.