Üzvlük

ÜZVLÜK

Azərbaycan Tibb Müəssisələri Assosiasiyası əhalinin sağlamlığının qorunması məqsədi ilə tibb müəssisələri arasında qarşılıqlı əməkdaşlığın qurulmasına   köməklik edir.

Assosiasiya üzv olan tibb müəssisələrinin hüquq və maraqlarının qorunmasına yardım edir. Həmçinin tibbi xidmət üzrə keyfiyyət standartlarının qiymətləndirilməsində və təkmilləşdirilməsində üzv olan tibb müəssisələrinəköməklik edir. Xəstələrin məmnuniyyətini və xəstə təhlükəsizliyini təmin etmək üçün üzv olan tibb müəssisələrində  bu sahədə standartların təkmilləşdirilməsinə köməklik edir. Üzvlərin dövlət qurumları, milli  vəbeynəlxalq təşkilatlarla sıx əməkdaşlığının qurulmasına yardım edir.

Assosiasiyanın rəsmi internet səhifəsində Üzvlər Üçün bölmə yalnız üzvlər üçün nəzərdə tutulub. Bu bölməyədaxil olmaqla üzv olan tibb müəssisələri orada yerləşdirilən faydalı və vacib məlumatlarla tanış ola bilərlər.

Assosiasiyanın Nizamnaməsini və Etik kodeksini qəbul edən hər bir özəl və dövlətibb müəssisəsi onun üzvü ola bilər.

 

 

ÜZV OL