Üzvlük üstünlükləri

ÜZVLƏR ÜÇÜN ÜSTÜNLÜKLƏR

 

Assosiasiyaya üzv olmaqla tibb müəssisəsi:

 

  • Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN nəzərdə tutulan Peşəkar Hüquqi Yardım alacaqdır;

 

  • Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN Cap edilən Materiallardan (tövsiyələr, kitablar, jurnallardan və c) faydalanacaqdır;

 

  • Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN təşkil olunan tədbirlərə (sərgilərə, konfranslara, seminarlara və digər görüşlərə) dəvət olunacaqdır;

      

Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN təsis etdiyi Peşəkar Mərkəzlərin fəaliyyətindən faydalanacaqdır:

Tədris və Təlim Mərkəzi

Hüquq və Etika Mərkəzi

Menecment və Marketinq Mərkəzi

Layihələr Mərkəzi

 

Assosiasiyanın rəsmi internet saytında ÜZVLƏR ÜÇÜN Bölmədə yerləşdirilmış və yalniz üzvlər üçün nəzərdə tutulan faydalı məlumatlardan yararlanacaqdır;

 

Tibbi xidmətin göstərilməsi, idarə olunması üzrə və tibbi avadanlıqların, informasiya, kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli və Beynəlxalq Keyfiyyət  və Akkreditasiya Standartlarının tətbiq olunmasında dəstək alacaqdır;

 

Xəstə Təhlükəsizliyi (Patient Safety) və Xəstə Məmnuniyyəti (Patient Satisfaction) Standartlarının tətbiq olunmasında dəstək alacaqdır;

 

Səhiyyə və Sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsində iştirak etmək imkanı qazanacaqdır;

 

Səhiyyə və Sosial sahədə həyata keçirilən Milli Və Beynəlxalq Layihələrdə iştirak etmək imkanı qazanacaqdır;

 

Dövlət icbari tibbi sığorta proqramına aid layihələrdə iştirak etmək imkanı qazanacaqdır.

 

ÜZV OL