Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının ilk konfransı keçiriləcək

7 iyun, 2016-cı il tarixində “Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlığı və keyfiyyətli tibbi xidmətin təşkili” adlı konfrans  Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə tibb müəssisələrini bir araya gətirən  ilk görüşdür.

Konfransda Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının yaranma tarixi, məqsədləri , fəaliyyət planı və assosiasiyanın tibb müəssisələrinin inkişafındakı rolu və qarşılıqlı əməkdaşlıq  perspektivləri haqqında məlumat veriləcəkdir.

Həmçinin yerli və beynəlxalq ekspertlər keyfiyyətli tibbi xidmətin təşkili haqqında çıxışlar edəcəkdir.

 

Konfransın proqramı aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Azərbaycan Tibb Müəssisələri Assosiasiyası haqqında təqdimat
  • Tibb müəssisələrinin qarşılıqlı əməkdaşlıq perspektivləri
  • Tibbi xidmətin keyfiyyət standartları və keyfiyyətli tibbi xidmətin təşkili
  • İcbari tibbi sığortanın həyata keçirilməsində tibb müəssisələrinin rolu