"Sağlam Ailə" Tibb Mərkəzi "Mənim Xoşbəxt Ailəm" mövzusunda fotoşəkil müsabiqəsi keçirir.

 "Sağlam Ailə" Tibb Mərkəzi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar "Mənim Xoşbəxt Ailəm" mövzusunda fotoşəkil müsabiqəsi keçirir.

Müsabiqədə iştirak qaydaları:
- İştirakçı peşəkar və həvəskar fotoqraf ola bilər;
- Müsabiqəyə ailəvi çəkilmiş fotoşəkillər qəbul edilir;
- Müsabiqəyə orijinal (üstü yazılmadan, montaj olunmadan) fotoşəkillər
təqdim edilməlidir;
- Fotoşəkil rəngli və ya ağ qara ola bilər;
- Hər iştirakçı yalnız 1 fotoşəkil ilə müsabiqəyə qatıla bilər;
- Fotoşəkillər keyfiyyətli olmalıdır;
- Fotoşəkil, iştirakçı haqqında qısa məlumat (soyadı, adı və ailə
üzvləri, elektron poçt ünvanı və əlaqə telefonu) göstərilməklə, 1
nüsxədə təqdim olunmalıdır;
- Meyyarlara uyğun fotoşəkillər seçilərək "Sağlam Ailə" Tibb Mərkəzinin facebook və instagram səhifəsində yerləşdiriləcək.

Ən çox bəyəni (like) toplayan fotoşəkillər 3 yer üzrə tərəfdaşlar tərəfindən mükafatlandırılacaqdır.

Fotoşəkillər 25.05.2016 tarixinədək musabiqe@saglamaile.az elektron poçt ünvanına göndərilməlidir.

Mükafatlandırma mərasimi zamanı əlavə olaraq 1 qalib münsiflər tərəfindən seçiləcəkdir.