Azərbaycan Tibb Müəssisələri Assosiasiyası (ATMA) Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl və dövlət tibb müəssisələrini könüllülük əsasında birləşdirən müstəqil, ictimai birlikdir.
Assosiasiya qeyri-siyasi, qeyri-dini, qeyri-kommersiya təşkilatı olub öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, İctimai Birliklər və Fondlar haqqında qanun, beynəlxalq hüquq normaları və öz Nizamnaməsi əsasında qurur.
Assosiasiya üzv olan tibb müəssisələrini təmsil edir və Azərbaycan əhalisinin sağlamlığı naminə birlikdə çalışmasında üzvləri dəstəkləyir.