ÜZVLƏR ÜÇÜN ÜSTÜNLÜKLƏR
Assosiasiyaya üzv olmaqla tibb müəssisəsi:
- Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN nəzərdə tutulan Peşəkar Hüquqi Yardım alacaqdır;
- Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN Cap edilən Materiallardan (tövsiyələr, kitablar, jurnallardan və c) faydalanacaqdır;
- Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN təşkil olunan tədbirlərə (sərgilərə, konfranslara, seminarlara və digər görüşlərə) dəvət olunacaqdır;
Assosiasiya tərəfindən ÜZVLƏR ÜÇÜN təsis etdiyi Peşəkar Mərkəzlərin fəaliyyətindən faydalanacaqdır:
Menecment və Marketinq Mərkəzi
Assosiasiyanın rəsmi internet saytında ÜZVLƏR ÜÇÜN Bölmədə yerləşdirilmış və yalniz üzvlər üçün nəzərdə tutulan faydalı məlumatlardan yararlanacaqdır;
Tibbi xidmətin göstərilməsi, idarə olunması üzrə və tibbi avadanlıqların, informasiya, kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli və Beynəlxalq Keyfiyyət və Akkreditasiya Standartlarının tətbiq olunmasında dəstək alacaqdır;
Xəstə Təhlükəsizliyi (Patient Safety) və Xəstə Məmnuniyyəti (Patient Satisfaction) Standartlarının tətbiq olunmasında dəstək alacaqdır;
Səhiyyə və Sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsində iştirak etmək imkanı qazanacaqdır;
Səhiyyə və Sosial sahədə həyata keçirilən Milli Və Beynəlxalq Layihələrdə iştirak etmək imkanı qazanacaqdır;
Dövlət icbari tibbi sığorta proqramına aid layihələrdə iştirak etmək imkanı qazanacaqdır.