Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının Hüquq və Etika mərkəzi üzv olan tibb müəssisələrinin daima peşəkar hüquqi yardım almasını təmin edir.
Mərkəzdə çalışan hüquqşünaslar üzv olan tibb müəssisəsinə il ərzində peşəkar hüquqi yardım göstərir. Bu hüquqi yardım üzvlər üçün ödənişsiz həyata keçirilir.
Hər bir üzv olan tibb müəssisəsi hüquqi yardım üçün müraciət edərkən Assosiasiyanın hüquqşünasları ilə birbaşa və ya assosiasiyanın rəsmi internet səhifəsi vasitəsi ilə əlaqə saxlayaraq öz istəyini bildirə bilər.
Peşəkar hüquqi yardım haqqinda daha ətraflı məlumatı assosiasiyanın rəsmi internet səhifəsində üzvlər üçün bölməyə daxil olmaqla əldə edə bilərsiniz.