Tibbi Hüquq və Etika Mərkəzi

Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının əsas məqsədlərindən biri üzv olan tibb müəssisələrinin hüquqlarının qorunması və maraqlarının təmsil olunmasıdır.

Məqsədə uyğun olaraq assosiasiya  üzvlərin  fəaliyyətinə aid olan  səhiyyə və sosial sahədəki mövcud qanunların təkmilləşdirilməsi istiqamətində işlər aparır. Səhiyyə və sosial sahədə qanunvericilik bazası  haqqında və bu qanunlara edilən dəyişikliklər haqqında mütəmadi olaraq tibb müəssisələrini məlumatlandırır. Eyni zamanda bu dəyişikliklərə üzvlər adından öz münasibətini bildirir. Səhiyyə Nazirliyi ilə səhiyyə sahəsində müvafiq hüquqi aktların,  normativ sənədlərin  hazırlanması və təkmilləşdirilməsində sıx əməkdaşlıq edir. Qanunvericilik orqanlarında qanun layihələrinin hazırlanması prosesində  üzv olan tibb müəssisələrinin maraqlarının təmsil olunmasını təmin edir və eyni zamanda üzvlər tərəfindən hazırlanmış təklifləri ali qanunverici orqanlara təqdim edir. Assosiasiyanın Hüquq və Etika mərkəzi  üzv olan tibb müəssisələrinin  daima peşəkar hüquqi yardım almasını təmin edir. Üzvlərin hüquqi sənədlərinin, o cümlədən effektiv xəstəxana daxili və xarici  normativ hüquqi aktlarının, müqavilələrin, tibb müəssisələrində çalışan tibb heyəti və müraciət edən xəstələrlə bağlı hüquqi sənədlərin  hazırlanmasına və təkmilləşdirilməsinə köməklik edir.

Hüquq və Etika mərkəzinin fəaliyyətinin digər istiqaməti Etik problemlərin həll olunmasında üzv olan tibb müəssisələrinə köməklik göstərməkdir. Bu məqsədlə üzv olan tibb müəssisələrərinin ümumi qəbul edəcəyi Assosiasiyanın Etik Kodeksinin hazırlanmasını təmin edir və üzvlərin bu Etik Kodeksin müddəalarına hörmətlə yanaşmasını tələb edir.

Tibb müəssisələrində etik problemlərin qısa müddətdə və effektiv həll olunması üçün Assosiasiyaya üzv olan tibb müəssisələrində Xəstəxana Etik Komitələrinin təsis edilməsinə köməklik göstərir. Xəstəxana Etik Komitələri xəstəxanadaxili bütün etik problemlərin həll olunmasını təmin edir. Xəstəxana Etik Komitələri əsasnamə və bu sahədə mövcud hüquqi normativ sənədlərə uyğun fəaliyyət göstərirlər.

Hüquq və Etika sahəsindəki əhəmiyyətli hüquqi sənədlər:

Mərkəzin fəaliyyəti, görüşləri və həyata keçirdiyi tədbirlər haqqında daha ətraflı məlumatlarla üzvlər üçün bölmədə  tanış ola bilərsiniz