Tədris və Təlim Mərkəzi

Azərbaycan Tibb Müəssisələri Assosiasiyasının təsis  etdiyi  Tədris və Təlim  mərkəzinin əsas məqsədi  üzv olan tibb müəssisələrində keyfiyyətli tibbi xidmətin təşkilinin və nəzarətinin həyata keçirilməsi prosesində  iştirak  edən struktur vahidlərindəki bütün kadrların peşəkarlıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. 

Tədris və Təlim Mərkəzinin  həyata keçirdiyi və yalnız üzv olan Tibb Müəssisələrinin heyəti üçün nəzərdə tutulan proqramlar aşağıdakı istiqamətləri əhatə edir:

Tibb müəssisəsinin idarə olunması

Tibbi xidmətin təşkili

Tibbi xidmət keyfiyyətinin  idarə olunması

Xəstəxana Heyətinin  idarə olunması

Səhiyyədə Kommunikasiya

Səhiyyədə  Hüquq

Səhiyyədə Marketinq                    

Mərkəzin fəaliyyəti, görüşləri və həyata keçirdiyi tədbirlər haqqında daha ətraflı məlumatlarla üzvlər üçün bölmə  tanış ola bilərsiniz